İraq Kürdüstanı bazarında İran məhsulları
İyun 17, 2019 09:13 Asia/Baku
-
İraq Kürdüstanı bazarında İran məhsulları
220-yə yaxın iranlı istehsalçı Ərbildə keçirilən sərgidə bu bazardakı mədəni-iqtisadi imkanları və zövqləri ölçürlər.
Bugünədək üç milyon dollarlıq ticarət müqaviləsi imzalanıb. Proqnoz edilir ki, sərginin sonunadək iranlı və iraqlı şirkətlər arasında altı milyon dollardan çox dəyəri olan ticarət müqaviləsi imzalanacaqdır.
Hər il İran və İraqın on milyard dollarlıq ticarət mübadilələri həcmindən altı milyard dollar bizim İraq Kürdüstanına ixracatımızdır.
Səkkiz il fasilədən sonra İraqın şimalında yerləşən Ərbil şəhərində İranın məxsus sərgisinin yenidən açılması ilə İranın 221 nümunəvi istehsalçısı 350 pavilyonda və 12 əmtəə mal qrupunda öz məhsullarını təqdim edibdir.