Bir il ərzində Fransada 50 min etiraz aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342576-bir_il_ərzində_fransada_50_min_etiraz_aksiyası_keçirilib
Fransanın daxili işlər naziri, Emmanuel Makronun siyasətlərinə etiraz edənlərin ötən ilin sonlarından bəri əlli min aksiya keçirmələrindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2019 15:05 Asia/Baku
  • Bir il ərzində Fransada 50 min etiraz aksiyası keçirilib
    Bir il ərzində Fransada 50 min etiraz aksiyası keçirilib

Fransanın daxili işlər naziri, Emmanuel Makronun siyasətlərinə etiraz edənlərin ötən ilin sonlarından bəri əlli min aksiya keçirmələrindən xəbər verib.

Fransanın daxili işlər naziri Kristof Kasataner “Cournal De-Manç” nəşri ilə müsahibədə deyib ki, 2018-ci ilin noyabr ayının əvvəlindən bəri paytaxtda və Fransanın bir çox şəhərində təqribən əlli min aksiya qeydə alınıb. Bu aksiyalar “sarı jiletlilər” adlı etirazçılar tərəfindən keçirilibdir.

Fransa prezidenti Emmanuel Makronun iqtisadi proqramlarına qarşı çıxanlar ötən ilin noyabr-dekabr aylarından bəri və onun hökuməti yanacağa vergilərin artırıldığını elan etməsindən sonra hər həftə Parisdə və bu ölkənin müxtəlif şəhərlərində aksiya keçirirlər.