Yəmən; Təcavüzkarlar üçün bataqlıq
-
Yəmən; Təcavüzkarlar üçün bataqlıq
Yəmən xalqına qarşı müharibə beşinci ilə daxil olub və səud rejimi yəmənlilərin ağır pilotsuz və raket hücumlarından təngə gəlibdir.
Yəmən xalqına qarşı müharibə beşinci ilə daxil olub və səud rejimi yəmənlilərin ağır pilotsuz və raket hücumlarından təngə gəlibdir. Səudiyyədən və əmirliklərdən olan təcavüzkarlar heç vaxt bu bataqlıq barədə düşünmürdülər. Hazırda müharibənin parametri Yəmən xalqının xeyrinə dəyişibdir və səudların beynəlxalq hava limanları Yəmən ordusunun pilotsuzları və raketlərinin hədəfinə tuş gəlirlər.
Yəməndə Ənsarullah hərəkatının üzvü Əbdullah Əlməhbəşi deyib: Səud rejiminin həssas məntəqələri çoxdur və onlar bu həqiqəti yaxşı bilirlər ki, Yəmən pilotsuzları təcavüzkarlara ağrılı zərbələr endirmək gücünə malikdirlər.
Hərbi məsələlər üzrə ekspert Həsənr Əlvəris deyir: Səud təcavüzkarları və onların muzdurlarının danışıq tərzi təkəbbürlülükdən yalvarışa çevrilibdir ki, bu da müharibə parametrinin real dəyişikliyindən xəbər verir. Yəmən ordusu və xalq komitələrinin gücünün artması müharibə parametrini Yəmən xalqının xeyrinə edibdir.
Yəmənin hərbi sözçüsü deyib: Ərəbistan ərazisinin içərilərinə və sərhəd məntəqələrinə qarşı hücumların şiddətlənməsi Səna hava limanına qarşı hücum və Yəmən xalqının mühasirə olunmasına və bu ölkəyə qarşı təcavüzə cavabda həyata keçirilib. Əmirliklər də Yəmənin raket və pilotsuz bölməsinin ağır hücumlarını gözləməlidir. Bu hücumların vuracaqları xəsarətlər ərəbistanın həyati təsisatları və hava limanlarının hədəfə alınmalarından irəli gələn xəsarətlərdən çox olacaqdır. Hazırda amerikalıların lokator sistemləri yəmənlilərin raketləri və pilotsuzları qarşısında faydasızdırıar. Bu hücumlar Yəmən xalqına qarşı təcavüz və mühasirə bitənədək kəsilməyəcəkdir.
Hərbi məsələlər üzrə ekspert briqada generalı Əziz Raşid deyib: Əmirliklər yəmənli qüvvələrin hədəfi mərkəzində yerləşir. Onlar Yəmənin cənubunda həyasızlıq edirlər. Yəmənin hava və dəniz limanlarını tətilə çəkiblər və Yəmən xalqının resursları və sərvətlərini qarət edirlər. Onlar yəmənli qüvvələrin hücumlarından olduqca narahatdırlar. Yəmənli pilotsuzlar münasib fürsətdə əmirliklərin dəniz və hava limanlarını, iqtisadi və ticarət mərkəzlərini iflic edəcəklər.
Ənsarullah-ın siyasi liderlərinin təhdidlərinin ciddi olması və Yəmən ordusunun səudiyyə və əmirliklkərin ərazilərinin içərilərinə qarşı ardıcıl hücumları bütün təcavüzkar ölkələri qəfildən haqlayıbdır. Təcavüzkarlar Yəmən xalqının önləyicilik qüdrəti qarşısında bir nədir, daha çox addımlarla geri oturacaqlar.