Sionist rejim ordusu digər bir intifazənin başlanması imkanı haqda xəbərdarlıq edib
-
Sionist rejim ordusu digər bir intifazənin başlanması imkanı haqda xəbərdarlıq edib
Sionist rejim ordusu digər bir intifazənin başlanması imkanı haqda xəbərdarlıq edib
Əlaləm müxbiri Faris Əlsərfəndi işğal olunmuş Ramullahdan göndərdiyi reportajda deyib:
Bir daha sionist işğalçılar İordan çayının qərb sahilindəki durumu nəzarət altına alıblar və belə bir qənaətə gəliblər ki, Bəhreyn iqtisadi konfransının keçirilməsi zamanı hər nə qədər yaxınlaşır və “əsrin sövdələşməsi” planınının miqyasları daha da aydınlaşırsa, Fələstinin bu məntəqəsindəki şərait də daha da gərginləşmiş olur. Fələstini işğal edənlər hətta üçüncü intifazənin formalaşmaqda ola bilməsi ethimalını da mümkünsüz saymırlar və xəbərdarlıq edirlər ki, belə bir hadisənin baş verəcəyi təqdirdə, bu rejim ordusu İordan çayının qərb sahilində və şimal cəbhəsində vəziyyətə nəzarət etmək, eyni zamanda, bölgə hadisələrini izləmək üçün təhlükəsizlik böhranı ilə üzləşəcəkdir.
Qarşı nöqtədə Fələstin muxtariyyəti də belə bir etiqada malikdir.
Fəth hərəkatının mərkəzi komitəsinin üzvü Abbas Zəki deyir: Biz faciənin dərinliyində yerləşirik, zira hər gün həbslər dalğası, evlərin dağıdılması və kor-koranə sərtliklər kimi hadisələrlə üzləşirik.
Bütün fələstinli qrupların çağırılmalarına, həmçinin təmas məntəqələrindən işğalçılarla qarşılaşmaya dəvətə əsasən, qarşıdakı günlərdə işğal olunmuş Fələstin əraziləri əhatəli tətillərin şahidi olacaqlar. Bu dəfə belə görünür ki, Fələstin xalqının Manama konfransının nəticələri ilə müxalifət mesajı təkcə sözdə olmayacaq, əksinə o Fələstin məsələsinə son qoymaq üçün bir emalatxana kimi yad edilən bu konfransla qarşılaşmaq üçün real addımların ardınca olmalıdır.
Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi Mustafa Bərğusi Əlaləm müxbirinə deyib: “Əsrin sövdələşməsi” planını məğlub etmək üzrə birinci element mövcuddur və o, fələstinlilərin bu plan ilə müxalifətdə toplanmalarıdır. Amma iki digər element hələ hazırlanmayıbdır. Birinci element, daxili parçalanmaların başa çatması və milli birliyin formalaşması, ikinci element isə sionist rejimin aparteid sisteminə qarşı xalq müqaviməti səviyyəsinin artmasıdır.
Hər halda, belə görünür ki, “əsrin sövdələşməsi” planı formasında işğalçı rejim və onun arxasında Donald Tramp və onların hər ikisinin arxasında ərəb ölkələri istəyirlər ki, qurban edilənin səsini dinləmədən fələstinliləri qurban etsinlər, amma fələstinlilər öncədən milli bir hərəkətdə “əsrin sövdələşməsi” ilə müxalifət ediblər, bunun özü bu planın verə biləcəyi nəticələri məğlubiyyətə uğratmaq üzrə bir addımdır.