Hənyə: Fələstin satılmır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343113-hənyə_fələstin_satılmır
Fələstin İslami Müqatimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri “əsrin sövdələşməsi”ni və Bəhreyn konfransını rədd edərək, vurğulayıb ki, Fələstin satılmır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2019 05:17 Asia/Baku
  • Hənyə: Fələstin satılmır
    Hənyə: Fələstin satılmır

Fələstin İslami Müqatimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri “əsrin sövdələşməsi”ni və Bəhreyn konfransını rədd edərək, vurğulayıb ki, Fələstin satılmır.

İsmail Hənyə dünən bildirib ki, Fələstin məsələsi misli görünməmiş strateji təhdidə məruz qalıbdır. O, deyib: Fələstin xalqı heç bir kəsə imtiyaz vermək və ya saziş etmək icazəsi verməyibdir.

Həmas-ın siyasi bürosunun sədri bildirib ki, Qüds və bütün Fələstin fəslətinlilərindir. O, qeyd edib: Bəhreyn konfransı maliyyə həyəcanları və iqtisadi çətirə malik siyasi bir konfransdır. Onda məqsəd, Fələstin məsələsini aradan götürməkdir.

Biabırçı “əsrin sövdələşməsi” ilə bağlı olan ikigünlük Bəhreyn iclası dünən bu ölkənin paytaxtı Manamada başlanıb.

Son həftələr bir çox islami və qeyri-islami ölkə, o sıradan Livan, İraq, Çin və Rusiya Bəhreyn iclasını sanksiya ediblər.

Amerikan “əsrin sövdələşməsi” planına əsasən, Qüdsi-Şərif sionist rejimə veriləcək. Digər ölkələrdəki fələstinli qaçqınların geri qaytarılmalarına icazə verilməyəcək, Fələstin yalnız İordan çayının qərb sahilində və Qəzzə zolağında yerdə qalan ərazilərə sahib olacaq.