İraq xalqı Fələstin bayrağını Bəhreyn səfirliyinin üzərində yerləşdirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343253-İraq_xalqı_fələstin_bayrağını_bəhreyn_səfirliyinin_üzərində_yerləşdirib
İraq xalqı dünən Manamada anti-Fələstin iclasının keçirilməsinə etiraz olaraq, Bəhreynin Bağdaddakı səfirliyi önündə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2019 10:24 Asia/Baku
  • İraq xalqı Fələstin bayrağını Bəhreyn səfirliyinin üzərində yerləşdirib

İraq xalqı dünən Manamada anti-Fələstin iclasının keçirilməsinə etiraz olaraq, Bəhreynin Bağdaddakı səfirliyi önündə aksiya keçirib.

İraq xalqı könüllü surətdə keçirilən bu aksiyada şüarlar verərək, amerikan "əsrin sövdələşməsi" planı və Manama iclası ilə öz müxalifətini elan edibdir.

Bu könüllü aksiyada iştirak edənlərin bir qrupu da Bəhreyn səfirliyinin divarıi ilə yuxarı qalxaraq, Bəhreyn bayrağının yerinə, Fələstin bayrağını səfirliyin binası üzərində yerləşdiribdir.

İraqlı etirazçılar həmçinin sionist rejim, Bəhreyn və Amerikanın bayraqlarını, eləcə də ABŞ prezidenti Donald Trampın şəkillərini yandırıblar.

İraqın təhlükəsizlik qüvvələri az sonra Bəhreyn səfirliyinə gedən bütün yolları bağlayaraq, insanları dağıdıblar.

Belə bir halda, iraqlı mənbələr etirazçılardan 54 nəfərin həbs olunmasından xəbər veriblər.