Yəmənlilərin ərəbistanın Cizan və Əbha hava limanlarına qarşı pilotsus hücumları
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343399-yəmənlilərin_ərəbistanın_cizan_və_Əbha_hava_limanlarına_qarşı_pilotsus_hücumları
Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu ölkənin ordusu və xalq komitələrinin səudiyyə ərəbistanının cənubundakı Cizan və Əbha hava limanlarına qarşı hücumlarından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2019 07:32 Asia/Baku
  • Yəmənlilərin ərəbistanın Cizan və Əbha hava limanlarına qarşı pilotsus hücumları
    Yəmənlilərin ərəbistanın Cizan və Əbha hava limanlarına qarşı pilotsus hücumları

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu ölkənin ordusu və xalq komitələrinin səudiyyə ərəbistanının cənubundakı Cizan və Əbha hava limanlarına qarşı hücumlarından xəbər verib.

Yəhya Əlsəri bildirib ki, Yəmən ordusunun "Qasif 2K" tipli pilotsuzları Cizan və Əbha hava limanlarının bir neçə hərbi və həssas nöqtəsini, eləcə də səud qırıcılarının yuvalarını hədəfə alıblar.

Yəmən ordusunun sözçüsü bildirib ki, bu hücumlar Cizan və Əbha hava limanlarında bütün uçuşların dayanmasına səbəb olub.

O, deyib: Səudiyyə koalisiyasının Yəmənə qarşı hücumlarının davam edəcəyi zamanadək təcavüzə cavab vermək hüququ yəmənlilər üçün qorunur.

Ərəbistanının cənubundakı Cizan və Əbha hava limanları son həftələrdə dəfələrlə Yəmənin ordusu və xalq komitələrinin pilotsuz və raket bölmələri tərəfindən hədəfə alınıblar.

Bu iki aeroport səudiyyə koalisiyasının Yəmənə qarşı hücumlarında istifadə olunan qırıcılar üçün yanacaqdoldurma və onlara xidmət məkanıdır.