Sionist rejim ordusunun Dəməşq ətrafına hava hücumunda dörd mülki həlak olub
-
Sionist rejim ordusunun Dəməşq ətrafına hava hücumunda dörd mülki həlak olub
Sionist rejim ordusunun bu gün səhər tezdən Dəməşqin ətrafına qarşı hava hücumunda biri südəmər körpə olmaqla dörd suriyalı sivil həlak olub.
Dəməşqin ətrafına qarşı bu hava hücumunda daha 21 suriyalı sivil də yaralanıbdır.
Suriya ordusunun hava hücumundan müdafiə qüvələri də sionist rejim qırıcıları tərəfindən Livan səmasından Suriyanın mərkəzindəki Hums vilayətinə və Dəməşqin ətrafına tərəf atılıan raketləri dəf və məhv ediblər.
Sionist rejim həmçinin digər bir hücumda Livan sərhədi yaxınlığındakı Qəsir rayonunda yerləşən Şənşar məntəqəsində Suriya gömrüklərindən bir məntəqəni hədəfə alıbdır.
Sionist rejim daim terrorçulara dəstək üçün Suriyanın infrastrukturları və bu ölkə ordusunun mövqelərini hədəfə alır.
Sionist rejim Suriyada terrorçuların tam şəkildə məğlub olmasından son dərəcə nigarandır.