Yəmənlilər ərəbistanın aeroportlarına bir daha hava hücumları keçiriblər
-
Yəmənlilər ərəbistanın aeroportlarına bir daha hava hücumları keçiriblər
Yəmənli qüvvələr bir daha ərəbistanın Əbha və Cizan hava limanlarına qarşı pilotsuz hücumları həyata keçirərək, müxtəlif cəbhələrdə təcavüzkarları və onların muzdurlarını ağır tələfat və xəsarətlərə düçar edib və onların irəliləmək cəhdlərini uğursuz qoyublar. Qeyd olunan aeroportların fəaliyyətləri dayanıbdır.
Yəmənin ordusu və xalq komitələrinin PUA bölməsi yeni bir əməliyyat həyata keçirərək, Əbha və Cizan hava limanlarını hədəfə alıbdır ki, bu da hava limanlarında uçuşların dayanmasına səbəb olubdur. Belə bir halda, bir qrup muzdur da Yəmənin ordusu və xalq komitələrinin Həccəyə qarşı artilleriya hücumunda ölübdür. Bundan əlavə, sudanlı muzdurların həmin əyalətdəki mövqeləri də iki ədəd “Zəlzal-1” raketi ilə hədəfə alınıbdır.
Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, hərbi cəhətdən istifadə olunan büün mövqelərə, hərbi təsisatlara və hava limanlarına qaşrı hücumlar davam edəcək və bu hücumlar yalnız səud muzdurlarının hücumlarının dayanması və Yəmənin mühasirəsinin ləğvi ilə dayanacaqdır.
Muzdurlar sonra özlərinin ardıcıl məğlubiyyətlərindən irəli gələn psixoloji yükü azaltmaq üzrə səylərinin davamında bir daha Nəcranın Əcaşir səhrasında geniş hücumlar həyata keçiriblər ki, bu da onların ötən iki gün ərzindəki ikinci əməliyyatı sayılır. Bu əməliyyat dörd qrupun iştirakı ilə üç istiqamətdən həyata keçirilib və təqribən səkkiz saat davam edibdir. Amma hava dəstəklərinə rəğmən, onların səyləri uğursuz qalıb və yəmənli qüvvələr onların qarşısını ala və onları ağır xəsarət və tələfata düçar edə biliblər.