OPEK-in neft nazirlərinin 176-cı adi iclası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343461-opek_in_neft_nazirlərinin_176_cı_adi_iclası
İranın neft naziri təkvektorluluğu neft İxrac edən Ölkələr Təşkilatı- OPEK-in hazırkı dövrdəki əsas problemi adlandırıb və vurğulayıb ki, OPEK öz birliyini qorumaq üçün təkvektorluluqla mübarizə etməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2019 16:23 Asia/Baku
  • OPEK-in neft nazirlərinin 176-cı adi iclası
    OPEK-in neft nazirlərinin 176-cı adi iclası

İranın neft naziri təkvektorluluğu neft İxrac edən Ölkələr Təşkilatı- OPEK-in hazırkı dövrdəki əsas problemi adlandırıb və vurğulayıb ki, OPEK öz birliyini qorumaq üçün təkvektorluluqla mübarizə etməlidir.

Bu iclasda nəzərdən keçiriləcək ən mühüm mövzular, təqdim və tələb prosesi, həmçinin beynəlxalq neft bazarına təsirli olan digər amillər və bazarın OPEK üzvlərinin və bu təşkilata üzv olmayanların hasilatlarına olan ehtiyacının miqdarı idi.

Müsahibə(kişi): Məncə, böyük ehtimala qarşı, OPEK-in və OPEK-dən kənar neft hasilatının azaldılması barədəki razılaşma daha doqquz ay müddətinə uzadılacaq. Biz digər nazirlərlə bu haqda danışmalıyıq.

Müsahibə(kişi): Biz OPEK-in və OPEK-dən kənar neft hasilatının azaldılması barədəki razılaşmanın uzadılmasını himayə edirik və bizcə, bu qərar neft bazarının hazırkı durumu üçün lazımdır. Ümid edirəm ki, bazarı ilin ikinci yarısında müvazinətə çatdıracaq bir razılaşma əldə edək.

OPEK üzvləri özlərinin budəfəki iclaslarında belə bir məsələni araşdırmaq qərarına gəliblər ki, görən, OPEK-in və müttəfiqlərinin 2018-ci ilin sonlarında razılaşdıqları neft hasilatının gündə bir milyon 200 min barrel azaldılması barədəki razılaşma icrası bazarın sabitliyində təsirli olubdur, yoxsa yox.

Müsahibə(kişi): Hətta əgər üç il uzadılsa belə, problem deyil, amma bundan öncə də dediyim kimi, sanksiyaların götürüləcəyi zaman bacardığım miqdarda sata bilsəm, əlimdən gələni əsirgəməyəcəyəm.

Bugünkü iclasın mövzularından digər birisi, OPEK-in baş katibinin seçilməsidir. Belə görünür ki, bu təşkilatın üzvləri Muhəmməd Barkindonun baş katibliyinin uzadılması barədə fikir birliyinə malikdirlər. Proqnoz edilir ki, OPEK üzvləri və bu təşkilata üzv olmayanlar bu dəfə də neftin azaldılması razılaşmasının uzadılması üstündə razılığa gələcəklər.