Sionist rejim televiziyası sionist qəsəbə sakinləri arasında ruhi xəstəliklərin artdığını bildirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343511-sionist_rejim_televiziyası_sionist_qəsəbə_sakinləri_arasında_ruhi_xəstəliklərin_artdığını_bildirib
Sionist rejimin 13-cü telekanalı xəbər verib ki, toqquşmalara görə, Qəzzə zolağının qonşuluğunda yerləşən sionist qəsəbələrin sakinləri arasında ruhi xəstəlik və problemlər artmaqdadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2019 06:06 Asia/Baku
  • Sionist rejim televiziyası sionist qəsəbə sakinləri arasında ruhi xəstəliklərin artdığını bildirib
    Sionist rejim televiziyası sionist qəsəbə sakinləri arasında ruhi xəstəliklərin artdığını bildirib

Sionist rejimin 13-cü telekanalı xəbər verib ki, toqquşmalara görə, Qəzzə zolağının qonşuluğunda yerləşən sionist qəsəbələrin sakinləri arasında ruhi xəstəlik və problemlər artmaqdadır.

Sionist rejim televiziyası xəbər verib: Cari ilin başlanmasından bəri bir neçə mərhələ gərginlikdən sonra Qəzzə zolağının qonşuluğunda yerləşən sionist qəsəbələrin, xüsusən "Sedirot" və "Eşkval" qəsəbələrinin sakinləri arasında ruhi xəstəliklərə və problemlərə düçar olanların sayı artıbdır.

Bu məlumata görə, Qəzzə zolağının qonşuluğunda yerləşən sionist qəsəbələrdə psixiatrlar və ruhi xəstəliklər və problemlərlə bağlı ekspertlərin sayı azdır. Onlar çoxlu sayda xəstənin öhdəsindən gələ bilmirlər.

Təqribən iki ay bundan öncə sionist rejimin bir psixiatriya mərkəzi bildirdi ki, Qəzzə zolağındakı son ikigünlük savaşda qorxu və iztiraba düçar olmuş təqribən min sionist bu mərkəzə müraciət edibdir.