Sionist rejim 60 Efiopiya mənşəli etirazçını həbs edib
-
Sionist rejim 60 Efiopiya mənşəli etirazçını həbs edib
Sionist rejim bu rejim hərbçiləri tərəfindən 19 yaşlı gəncin öldürülməsinə etiraz olaraq aksiya keçirən Efiopiya mənşəli etirazçılarla toqquşmada altmış nəfəri həbs edib.
İşğal olunmuş Fələstində minlərlə Efiopiya mənşəli etirazçı dünən bu rejim hərbçiləri tərəfindən 19 yaşlı gəncin öldürülməsinə etiraz olaraq Hayfa şəhərinin polis idarəsinin qarşısında piket keçirib.
Sionist "Ceruzalem Post" qəzetinin məlumatına görə, bir sionist hərbçi bazar günü Hayfa şəhərində 19 yaşlı Solomon Təqanı güllə ilə öldürübdür. Halbuki öldürülən şəxs tərəfindən sionist rejim hərbçisini heç bir təhlükə təhdid etmirdi.
Bu sionist hərbçi öncə həbs, amma qısa müddətdən sonra azad edilibdir.
Sayı təqribən 140 min nəfər hesab edilən işğal olunmuş Fələstin sakini olan Efiopiya mənşəlilər icması Təqanın qətlini sionist rejim hərbçilərinin Afrika mənşəlilərlə kobud və rasistcəsinə rəftarlarının ən yeni halı hesab edir.
Ötən yanvarda da sionist rejimin bir polis məmuru bir efiopiyalı gəncə atəş açandan sonra Təl-Əvivdə minlərlə nəfər aksiya keçirdi.