Yəmən ordusunun səud muzdurlarına qarşı pilotsuz əməliyyatı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343687-yəmən_ordusunun_səud_muzdurlarına_qarşı_pilotsuz_əməliyyatı
Yəmənin ordusu və xalq komitələri səud muzdurlarının bu ölkənin qərbində yerləşən Həccə əyalətindəki mövqelərini pilotsuz hücumları hədəfinə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2019 06:15 Asia/Baku
  • Yəmən ordusunun səud muzdurlarına qarşı pilotsuz əməliyyatı

Yəmənin ordusu və xalq komitələri səud muzdurlarının bu ölkənin qərbində yerləşən Həccə əyalətindəki mövqelərini pilotsuz hücumları hədəfinə alıblar.

Bu qüvvələrin səud muzdurlarına qarşı pilotsuz əməliyyatında onlara ağır xəsarətlər dəyibdir.

Yəmənin ordusu və xalq komitələrinin pilotsuz bölməsi dünən gecə də ərəbistanın cənubundakı Cizan və Əbha hava limanlarını hədəfə almışdı.

Bu qüvvələr həmçinin səud muzdurlarının Yəmənin cənub-qərbində yerləşən Təiz məntəqəsinin Həyfan cəbhəsindəki mövqelərini hədəfə alıblar.

Ərəbistan və müttəfiqləri 2015-ci ilin martından bəri minlərlə yəmənli mülkini öldürsələr və Yəmənin infrastrukturlarını dağıtsalar da indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.