Böyük qayıdış yürüşü davam edir
-
Böyük qayıdış yürüşü davam edir
Böyük qayıdış yürüşündə iştirak edən fələstinli qruplar bu həftə vurğulayıblar ki, Fələstinin birliyi fitnələrdən keçməyin yeganə yoludur.
Qəzzə zolağındakı fələstinlilər bu həftə də böyük qayıdış yürüşündə iştirak etdilər. Onlar bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətlərinin adiləşdirilməsi prosesinin davam etməsinə və onu bütün ərəb və müsəlman xalqlarına qəbul etdirmək üzrə səyə qarşı öz hiddətlərini ifadə etdilər.
Bəhreyn xarici işlər nazirinin müqəvvasını gəzdirən yürüşçülər vurğulayıblar ki, Fələstin hiddəti tezliklə meydan gerçəkliyi formasında göstəriləcəkdir.
Müsahibə: Fələstin xalqının hüquqları Bəhreyn xarici işlər nazirindən və bütün ərəb ölkələrindən daha böyük və daha mühümdür. Biz Bəhreyn xalqına, həmçinin ərəb və müsəlman xalqlarına təşəkkür edirik ki, uca səslə Bəhreyn xarici işlər nazirini və onun kimilərini rüsvay edərək bldirdilər ki, Fələstin xalqının kənarında olublar və olacaqlar.
Müsahibə: Planlaşdırılmış fitnələr əsla müvəffəq olmayacaq və mütləq uğursuz qalacaqlar, zira əsası batil olan heç bir şey qalası olmaycaq. Fələstin bizim qəsb olunmuş ölkəmizdir.
Buhəftəki yürüşdə iştirak edən fələstinli qruplar vurğulayıblar ki, Fələstinin birliyi fitnələrdən keçməyin yeganə yoludur. Onlar Fəth və Həmas təşkilatlarından istəyiblər ki, milli birliyin reallaşması üçün razılığa gəlsinlər və bütün biabırçı sazişlər ləğv olumalıdırlar, zira bu məsələ Fələstinin xilası üzrə ən mühüm yoldur.
Müsahibə: Milli barışıq vacibdir. İxtilaflara və çoxtirəliliyə son qoymalıyıq. Fələstin xalqının nəzərdə tutduğu barışıq milli iştiraka, həmçinin Oslo sazişi və sionist rejimlə olan bütün təhlükəsizlik, siyasi və iqtisadi sazişlərin ləğvinə əsaslanır. Mahmud Abbas fələstinli qrupların liderlərinə şamil olan müvəqqəti rəhbərlik təşkil etməlidir ki, bu bölgədəki təcavüzkar muzdurlar və sionist rejimin fitnələri ilə mübarizə üçün milli siyasət yeritmiş olaq.
Fələstinlilər bu yürüşdə sionist düşmənlə münasibətlərin adiləşdirilməsi yolunda addımlayan bütün ərəb hökumətlərinə kəskin bir mesaj göndərib və vurğulayıblar ki, xəyanət yolu qısadır və Fələstin xalqı bu yola son qoyaraq, bütün xainləri gec-tez məsuliyyətə cəlb edəcək.