Yəmənin Təiz əyalətində səud muzdurlarının mövqeləri raket atəşinə tutulub
-
Yəmənin Təiz əyalətində səud muzdurlarının mövqeləri raket atəşinə tutulub
Yəmənin ordusu və xalq komitələri qüvvələri dünən gecə səud muzdurlarının Təiz əyalətinin Əlvaziyyə məntəqəsindəki mövqelərini raket atəşinə tutublar.
Yəmənin ordusu və xalq komitələri bildiriblər ki, dörd ədəd yerli “Zəlzal-1” ballistik raketi ilə səud muzdurlarının Təiz əyalətinin Əlvaziyyə məntəqəsindəki mövqelərini raket atəşinə tutublar.
Yəmənin ordusu və xalq komitələrinin bildirdiklərinə görə, bu raket hücumunda onlarla səud muzduru ölüb və ya yaralanıb.
Şənbə günü səhər də səud muzdurlarına aid olan və Təiz əyalətinin qərbində yerləşən “Xalid” qarnizonu iki ədəd “Zəlzal-1” raketi ilə hədəfə alınmışdı.
Belə bir halda, Yəmən silahlı qüvvələrinin sözçüsü şənbə gecəsi bu ölkənin ordusu və xalq komitələrinin ərəbistanın cənubunda yerləşən Cizan və Əbha hava limanlarına qarşı pilotsuz hücumlarından xəbər verib.
Yəhya Əlsəri bildirib ki, Yəmən ordusu “Qasf K2” pilotsuzları ilə Cizan və Əbha hava limanlarının həssas və mühüm hərbi hədəflərini və qırıcıların saxlanıldığı məkanı bombalayıblar.
Bu pilotsuz hücumları Cizan və Əbha hava limanlarında uçuşların dayanması ilə nəticələnibdir.
Yəhya Əlsəri Yəmən ordusunun pilotsuz bölməsinin bu uğurlu əməliyyatından sonra vurğulayıb ki, Yəmənin daxili və xaricində təcavüzkarlar üçün heç bir təhlükəsiz məkan mövcud deyildir. Və səud koalisiyasının Yəmənə qarş hüucmlarının davam edəcəyi zamanadək yəmənlilər üçün təcavüzə reaksiya haqqı qorunur.