İşğal olunmuş Qüdsdə 4 sionist hərbçi yaralanıb
İyul 07, 2019 03:59 Asia/Baku
-
İşğal olunmuş Qüdsdə 4 sionist hərbçi yaralanıb
İnformasiya mənbələri bu gün səhər tezdən işğal olunmuş Qüdsdə 4 sionist hərbçinin yaralanmasından xəbər veriblər.
İnformasiya mənbələrinin bildirdiklərinə görə, bir fələstinli avtomobillə işğal olunmuş Qüdsün şimal-şərqində yerləşən "Həzma" məntəqəsində bir qrup sionist hərbçini basıb və onlardan dörd nəfərini yaralayıbdır.
Sionis rejim bu hadisədən sonra öz hərbçilərini məntəqəyə göndərib və avtomobil ilə sürücünü tapmaqdan ötrü hazır vəziyyət elan edibdir.
İnformasiya mənbələri qeyd ediblər ki, sionist hərbçilərdən birinin durumu ağırdır.
Fələstinli müqavimət qrupları, o cümlədən Həmas və Fələstin İslami Cihad Hərəkatı dəfələrlə bildiriblər ki, bu kimi hərəkətlər işğalçıların Fələstin xalqına qarşı cinayətlərinə təbii bir cavabdır.