Yəmən "Təhamə" elektrik stansiyası və Əbha hava limanını hədəfə alıb
Yəmən ordusu və Ənsarullah qüvvələri ərəbistanın cənubunda həyata keçirdikləri pilotsuz əməliyyatında "Təhamə" elektrik stansiyası və Əbha hava limanını hədəfə alıblar.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bir mətbuat konfransında deyib: Ərəbistanın beynəxalq Əbha hava limanı dünən gecə "K2" pilotsuzlarının çoxlu sayda hücumları ilə üzləşib. Bu hücumlarda səud qırıcılarının saxlanıldıqları məkan və digər hərbi hədəflər son dərəcə diqqətlə hədəfə alınıb. Nəticədə Əbha hava limanının fəaliyyətləri dayanıbdır.
Yəhya Səri əlavə edib: Digər bir əməliyyatda bir qrup "K2" pilotsuzu "Təhamə" elektrik stansiyasını hədəfə alıb. Bu elektrik stansiyasına hücum birbaşa və dəqiq həyata keçirilibdir.
Yəmən silahlı qüvvələrinin sözçüsü vurğulayıb: Bu hücumlar ötən 48 saat ərzində Yəmənin müxtəlif məntəqələrinə qarşı 32 hava hücumu həyata keçirmiş təcavüzkar səud koalisiyasının hücumlarına qanuni və təbiir reaksiyadır.