Müqavimət təcavüzkarların geri çəkilmələrinin əsas səbəbi
-
Müqavimət təcavüzkarların geri çəkilmələrinin əsas səbəbi
Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü bildirib ki, Yəmənin müdafiə və silah bacarığı daxilidir. O, vurğulayıb: Qüvvələr müvazinəti Yəmən xalqının xeyrinə dəyişməkdədir və təcavüzkarların Yəməndən geri çəkilmələri təcavüzkarlaın vicdanlarının oyanmasına görə deyil, xalqın müqavimətinə və onun müdafiə gücünün genişlənməsinə görədir.
Muhəmməd Əlbuxəyti Əlməyadin telekanalı ilə müsahibədə deyib: Biz Yəmənin istiqlaliyyəti və suverenliyinə hörmət, bütün region ölkələrinin təhlükəsizliyi, ərazi bütövlüyü və ləyaqətini qoruyacaq əhatəli və daimi bir sülhə nail olmaq üçün bütün qonşu ölkələrlə birbaşa müzakirəni alqışlayırıq. Hazırda qüvvələr müvazinəti Yəmən xalqının xeyrinə dəyişməkdədir, zira bizim müdafiə gücümüz genişlənib və xalqın agahlığı və sayıqlığı artıbdır.