Bəhreyn insan haqları tənqidləri dalğası ilə üzləşir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i345312-bəhreyn_insan_haqları_tənqidləri_dalğası_ilə_üzləşir
Bəhreyn öz insan haqları işi ilə bağlı geniş tənqidlər dalğası ilə üzləşir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2019 10:29 Asia/Baku
  • Bəhreyn insan haqları tənqidləri dalğası ilə üzləşir
    Bəhreyn insan haqları tənqidləri dalğası ilə üzləşir

Bəhreyn öz insan haqları işi ilə bağlı geniş tənqidlər dalğası ilə üzləşir.

Bəhreynin xəfiyyə qüvvələrinin bu ölkənin paytaxtı Manamanın Əlbiladilqədim məntəqəsində aksiyanı dağıtmaq üzrə hərəkətləri nəticəsində bəhreynli gənclərdən biri həyatını itirib. Bu aksiya Bəhreyn başçılarının üç nəfəri edam etməsinə etiraz olaraq keçirilib. Hökumət onları terror hərəkətlərində və qətldə ittiham edibdir. Ötən 24 saat ərzində ikinci dəfədir ki, Bəhreyn rejiminin bəzi müxaliflərinin edam edilmələrinin pislənilməsi istiqamətində aksiya keçirilir.

Bəhreyn bu ölkə başçılarının üç gənci edam etmək üzrə hərəkətinə qarşı etirazların şiddətlənməsi səhnəsi olubdur. Xəfiyyə qüvvələri Manamanın Əlbiladilqədim məntəqəsində aksiyanı dağıtmaq üçün gözyşardıcı qazdan istifadə ediblər. Bəhreyn polisinin etirazları pozmasından sonra paytaxt küçələrindən birində İbrahim Əlmiqdad adlı bəhreynli gənc huşsuz halda görünüb. O, öz həyatını itirib. Ötən 24 saat ərzində ikinci dəfədir ki, Bəhreyn rejiminin bəzi müxaliflərinin edam edilmələrinin pislənilməsi istiqamətində aksiya keçirilir.

Bəhreyn daxili işlər nazirliyi iddia edib ki, Əlmiqdad təbii amillər səbəbindən həyatını itirib. Belə bir halda, müxaliflər bu məsələni rədd edərək, deyirlər ki, gözyaşardıcı qazlar və müalicədə təxir onun həlak olmasına səbəb oldu. Halbuki Bəhreyn başçıları bu məsələni rədd edir, amma müxaliflər hökumət başçılarının səhlənkarlıqlarını sübut etməyə çalışırlar. Belə görünür ki, Manama öz insan haqları işi sahəsində tənqidlər tufanı ilə üzləşəcəkdir. Xüsusən ona görə ki, BMT və bəzi beynəlxalq insan haqları təşkilatları Manamadan istəyiblər ki, edam hökmünün icrasından əl çəksin. Belə bir halda, bu istək reallaşmadı və Bəhreyn bu kimi addımları atmağı davam etdirir.