Sionist rejim Bəqaya hava hücumu edib
Avq 26, 2019 06:52 Asia/Baku
İnformasiya mənbələri bu gün səhər sionist rejimin Livanın Bəqa vilayətinə qarşı hava hücumundan xəbər veriblər.
Sionist rejim Fələstinin azadlığı uğrunda xalq cəbhəsinin Livanın Bəqa vilayətində yerləşən qərargahını hədəfə alıb.
Livanın Əlməyadin telekanalının bildirdiyinə görə, bu hücum yalnız maddi xəsarətlər törədibdir.
Bir livanlı komandan da bildiribdir ki, sionistlər bu hücumda öz məqsədlərinə çatmayıblar.
Dünən səhər də sionist rejimin iki ədəd casusluq pilotsuzu Livanın hava məkanını pozmuşdu.
Bu pilotsuzlardan biri Beyrutun cənubundakı Zahiyyə bölgəsində süqut edib, digəri də bu şəhərdə Livan Hizbullahının informasiya mərkəzinin binasının yaxınlığlında partlayıbdır.