Yəmənlilər səud muzdurlarının Həccə əyalətindəki mövqelərinə hücum ediblər
Avq 28, 2019 02:29 Asia/Baku
Yəmənin ordusu və xalq komitələri bu gün səhər tezdən "Zəlzal 1" tipli yerli ballistik raketlə səud muzdurlarının Həccə əyalətinin Heyran bölgəsindəki mövqelərini hədəfə alıblar.
Bu raket hücumunda onlarla səud muzduru ölüb və ya yaralanıbdır.
Yəmənin ordusu və xalq komitələri dünən gecə də səud koalisiyasının təcavüzlərinə cavabda iki ədəd "Zəlzal 1" raketi ilə səud muzdurlarının ərəbistanın cənubunda yerləşən Nəcran şəhərindəki mövqelərini hədəfə almışdılar.
Yəmənin müdafiə naziri general-mayor Muhəmməd Nasir Əlatifi son zamanlar vurğulamışdı ki, cəhənnəmin qapıları təcavüzkarların üzünə açılıbdır.