Rusiya: İdlibin durumuna oturub tamaşa etməyəcəyik
Avq 28, 2019 13:34 Asia/Baku
Rusiyanın müdafiə naziri vurğulayıb ki, Moskva terrorçu və yaraqlı qüvvələrin Suriyada, İdlibin cənubundan etdikləri hücumlara oturub tamaşa etməyəcək və laqeyd qalmayacaqdır.
Sergey Şoyqu vurğulayıb: Rusiya İdlibin cənubundan edilən ardıcıl hücumlar və bombardmanlara laqeyd qala bilməz və buna görə, Türkiyədəki həmkarlarımızı çıxardığımız və ya çıxaracağımız qərarlar və addımlar barədə məlumatlandırmışıq.
Şoyqu söyləyib: 2018-ci ilin 17 sentyabrında Rusiya ilə Türkiyə arasında imzalanmış Soçi razılaşması icra olunmaqdadır, amma bu barədə çətinliklər və problemlər mövcuddur.
İdlib Suriyada terrorçuların işğalında olan sonuncu vilayətdir ki, onun cənubu ötən günlərdə şiddətli döyüşlər səhnəsi olubdur.
Teqlər