Netanyahu: Tramp seçkilərdən sonra "əsrin sövdələşməsi"ni təqdim edəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i347506-netanyahu_tramp_seçkilərdən_sonra_əsrin_sövdələşməsi_ni_təqdim_edəcək
Sionist rejimin baş naziri Benyamin Netanyahu bildirib ki, Amerika prezidenti Donald Tramp işğal olunmuş Fələstində ümumi seçkilərin keçirilməsindən sonra "əsrin sövdələşməsi" adlı planı dünyaya təqdim edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2019 03:57 Asia/Baku
  • 
Netanyahu: Tramp seçkilərdən sonra
    Netanyahu: Tramp seçkilərdən sonra "əsrin sövdələşməsi"ni təqdim edəcək

Sionist rejimin baş naziri Benyamin Netanyahu bildirib ki, Amerika prezidenti Donald Tramp işğal olunmuş Fələstində ümumi seçkilərin keçirilməsindən sonra "əsrin sövdələşməsi" adlı planı dünyaya təqdim edəcək.

ABŞ hökuməti tərəfindən irəli sürülmüş “Əsrin sövdələşməsi” planı Fələstin xalqının hüquqlarını aradan götürməyə çalışır. Bu plan bir sıra ərəb ölkələrinin, o cümlədən səudiyyə ərəbistanı və birləşmiş ərəb əmirliklərinin əməkdaşlığı və razılığı ilə işlənib hazırlanıbdır.

Amerikan “əsrin sövdələşməsi” planına əsasən, Qüdsi-Şərif sionist rejimə veriləcək, digər ölkələrdəki fələstinli qaçqınların geri qaytarılmalarına icazə verilməyəcək və Fələstin yalnız İordan çayının qərb sahilində və Qəzzə zolağında yerdə qalan ərazilərə sahib olacaq.

“Əsrin sövdələşməsi” planı çərçivəsində ABŞ prezidenti Donald Tramp 2017-ci il dekabrın 6-da işğal olunmuş Qüds şəhərini saxta sionist rejimin paytaxtı kimi təqdim etdi.