Səud koalisiyasının təcavüzündən bəri 140 min yəmənli mülki ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i347513-səud_koalisiyasının_təcavüzündən_bəri_140_min_yəmənli_mülki_ölüb_və_yaralanıb
Yəmənin səhiyyə naziri bildirib ki, səud koalisiyasının bu ölkəyə qarşı hücumlarının başlanmasından bəri 140 mindən çox yəmənli mülki ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2019 08:56 Asia/Baku
  • Səud koalisiyasının təcavüzündən bəri 140 min yəmənli mülki ölüb və yaralanıb
    Səud koalisiyasının təcavüzündən bəri 140 min yəmənli mülki ölüb və yaralanıb

Yəmənin səhiyyə naziri bildirib ki, səud koalisiyasının bu ölkəyə qarşı hücumlarının başlanmasından bəri 140 mindən çox yəmənli mülki ölüb və yaralanıb.

Yəmənin səhiyyə naziri Taha Əlmutəvəkkil bu xəbəri verərək bildirib ki, bu ölü və yaralıların böyük bir qismini qadın və uşaqlar təşkil edirlər.

Əlmutəvəkkil deyib ki, təcavüzkarlar Yəmənə təcavüz illərində öz hücumlarında 700 müalicə mərkəzini məhv ediblər. O, deyib: Yəmənin səhiyyə bölməsi təcavüzkarların planlaşdırılmış dağıdıcı hücumlarına rəğmən, inamla öz fəaliyyətini davam etdirir.

Yəmənin səhiyyə naziri ərəbistan, əmirliklər və Fars Körfəzi ətrafındakı digər ölkələrin tamahlandırıcı təkliflərinə rəğmən, Yəməndə qaldığına görə, bu ölkənin müalicə və səhiyyə kadrına təşəkkür edibdir.

Səud rejimi və müttəfiqləri 2015-ci ilin martından bəri, Yəmənin infrastrukturlarını məhv və minlərlə mülkini qırğın etdikdən dörd ildən çox bir müddətin keçməsinə rəğmən, indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.