Sionistlərin müqavimətin cavabından nigarançılıqları artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i347518-sionistlərin_müqavimətin_cavabından_nigarançılıqları_artıb
Əlminar telekanalının məlumatına görə, sionist rejimin siyasi və xəfiyyə dairələri deyirlər ki, Təl-Əviv tam ciddiliklə Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullahın təhdidlərini qəbul edəcək, zira o, öz hədələrində sadiqdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2019 12:17 Asia/Baku
  • Sionistlərin müqavimətin cavabından nigarançılıqları artıb
    Sionistlərin müqavimətin cavabından nigarançılıqları artıb

Əlminar telekanalının məlumatına görə, sionist rejimin siyasi və xəfiyyə dairələri deyirlər ki, Təl-Əviv tam ciddiliklə Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullahın təhdidlərini qəbul edəcək, zira o, öz hədələrində sadiqdir.

Nəsrullah: Mən işğal olunmuş sərhədlərdə sionist hərbçilərə deyirəm ki, bu gecədən sonra bizi gözləryin. 1,2,3,4 gündən sonra bizim gəlməyimizi gözləyin.

Seyyid Həsən Nəsrullahın son çıxışından sonra indi sionist hərbçilər hətta öz avtomobillərini Livan ilə işğal olunmuş Fələstin sərhədində buraxıb qaçıblar.

m.k- Avtomobillərindən biri sərhəddəki hərbi bazadan kənarda xarab olub və sionistlərin heç biri onu bazanın içərisinə çəkib gətirməyə cürət etmir.

Livanlılar işğal olunmuş ərazilərdəki sionist qəsəbə sakinlərini sakitləşdirmək istiqamətində sionist rejimin baş nazirinin söhbətləri və bu rejim ordusu sözçüsünün twitti-ni əbəs bir səy bilirlər.

m.k- Sionistlər öz medialarında göstərdilər ki, siçan kimi qorxublar.

m.k- Biz Livan xalqı Seyyid Həsənin söhbətlərinə inanırıq.

Sionist rejim analitikləri də müqavimət seyyidinin kəlmələrinin sədaqətini Hizbullah-ın qətiyyətli addımlarına inamda əsas bir amil kimi izah ediblər.

m.k- Sionist rejim ordusu hazır vəziyyətdədir.

m.k- Hizbullah sionist rejim ordusunun mövqelərindən mühüm təsvirlər götürür. Sionist rejim sərhədlərə yaxın nöqtələri dağıdıbdır, zira Nəsrullahın cavabından qorxur.

m.k- Seyyid Nəsrullahın sözlərinin məqsədi, biz sionistlərik. Və biz də onun sözlərini tamamilə ciddi sayırıq. Zira o, sədaqət tarixinə malikdir və sionistləri qorxuya salır, bizim əsəblərimizlə oynayır və deyəndə ki, cavab verəcək, mütləq bu işi görəcəkdir.

İndi sionist hərbçilər Livanın işğal olunmuş Fələstinlə sərhədindən beş kilometr uzaqlaşıblar. Və sərhəd məntəqəsində gediş-gəlişi də qadağan ediblər.

Sionistlərin aşkar qorxusu, məhz Livan Hizbullahının baş katibinin sədaqəti və müqavimətin qüdrətinə inamdır.