Yəmən pilotsuzları Nəcran hava limanını bombalayıblar
Yəmən silahlı qüvvələrinin sözçüsü bu gün səhər tezdən bu ölkənin ordusu və xalq komitələrinin ərəbistanın Nəcran hava limanına qarşı geniş pilotsuz hücumundan xəbər verib.
Yəhya Səri bildirib ki, Yəmən ordusunun "Qasif K2" qırıcıları Nəcran hava limanının mühüm və həssas hərbi hədəfləri və qırıcıların saxlanıldıqları məkanı bombardman ediblər.
Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib ki, bu PUA hücumu Nəcran hava limanında uçuşların dayanmasına səbəb olub. O, deyib: Təcavüzkar səud koalsiyasınn Yəmənə qarşı hücumlarının davam edəcəyi zamanadək təcavüzə cavab haqqı yəmənlilər üçün qorunub saxlanır.
Yəmənin ordusu və xalq komitələri dünən səhər tezdən də səud koalisiyasının təcavüzlərinə cavab olaraq, "Qüds 1" tipli bir ədəd yerli Kruz raketi ilə ərəbistanın cənubundakı Əsir əyalətində yerləşən Əbha beynəlxalq hava limanını hədəfə almışdılar.