İdlibdə atəşkəsin bərqəraı başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i347661-İdlibdə_atəşkəsin_bərqəraı_başlanıb
Suriyanın şimal-qərbindəki İdlib vilayətində atəşkəsin bərqəraı başlanıb. Bu xəbəri Suriyanın rəsmi SANA informasiya agentliyi verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2019 04:55 Asia/Baku
  • İdlibdə atəşkəsin bərqəraı başlanıb
    İdlibdə atəşkəsin bərqəraı başlanıb

Suriyanın şimal-qərbindəki İdlib vilayətində atəşkəsin bərqəraı başlanıb. Bu xəbəri Suriyanın rəsmi SANA informasiya agentliyi verib.

SANA Suriyanın bir hərbi mənbəyinə istinadla bildirib ki, bu ölkə ordusu avqustun 31-də səhər tezdən İdlibdə gərginliyin azaldılması bölgəsində atəşkəslə, atəşkəsin terrorçular tərəfindən hər cür pozulmasına cavab haqqını qorumaq şərti ilə razılaşıbdır.

Astana və Soçi razılaşmalarına əsasən qərara alınmışdı ki, Türkiyə 2018-ci ilin oktyabrından 12 gözətçi qülləsi yerləşdirməklə bu məntəqələrdə silahlı terror və təkfirçi ünsürlərin ağır və yarımağır silahlarının təhvil verilməsi və atəşkəsin bərqərarına nəzarət etmiş olsun. Lakin əslində terrorçular bu razılaşmaya göz yumaraq, öz silahlarını təhvil verməkdən çəkiniblər.

Atəşkəsin avqustun beşində ləğv edildiyi zamandan bəri Suriya ordusu İdlib və Həmah vialyətlərində otuz nöqtəni hərbi əməliyyatla azad etməyə müvəffəq oldu.