Kabil partlayışında beş nəfər ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i347848-kabil_partlayışında_beş_nəfər_ölüb
Bazar ertəsi gecə Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində 5 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2019 03:54 Asia/Baku
  • Kabil partlayışında beş nəfər ölüb
    Kabil partlayışında beş nəfər ölüb

Bazar ertəsi gecə Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində 5 nəfər ölüb.

Bazar ertəsi gecə Kabilin 9-cu bölgəsində beynəlxalq yardım agentliklərinin ofisləri yaxınlığında baş verən partlayış nəticəsində 5 nəfər ölüb, onlarla insan yaralanıbdır.

Taliban partlayışa görə məsuliyyəti öz üzərinə götürübdür.

Partlayış ABŞ-ın xüsusi nümayəndəsi Zəlmay Xəlilzadın Talibanla danışıqlar üçün Kabildə olduğu bir halda baş verir.

Xəlilzad dünən gecə bildirib ki, əgər Taliban razılaşsa, Vaşinqton Əfqanıstandakı 15 minlik qoşunundan 5 min nəfəri geri çəkəcək.

O, Amerikanın beş aydan az müddətdə beş bazasını bağlayacağını və Talibanla razılaşmasına sadiq qalacağını bildirib.