Yəmənli qüvvələr ərəbistan ordusunun hərbi mövqelərinə raket hücumu ediblər
-
Yəmənli qüvvələr ərəbistan ordusunun hərbi mövqelərinə raket hücumu ediblər
Yəmənin ordusu və xalq komitələrinin raket bölməsi üç ədəd ballistik raketlə ərəbistanın cənubunda bu ölkə ordusunun hərbi mövqelərini hədəfə alıb.
Yəmənin ordusu və xalq komitələri "Zəlzal 1" tipindən olan üç ədəd raketlə səud hərbçilərinin ərəbistanın Cizan bölgəsində yerləşən mövqelərini hədəfə alıblar. Nəticədə bir qrup səud hərbçisi ölüb və ya yaralanıbdır.
Yəmən ordusunun artilleriya bölməsi də səud qüvvələrinin Cizandakı Qeys yüksəkliklərində yerləşən mövqelərini hədəfə alıb.
Yəmənli qüvvələr dünən səhər də "Bədr 1" tipli bir neçə ədəd ballistik raketlə ərəbistanın cənubunda yerləşən Nəcran hava limanında hərbi hədəfləri nişan almışdılar.
Yəmənlilərin ərəbistanın hərbi mərkəzləri və hava limanlarına qarşı dəqiq raket və pilotsuz hücumları ərriyad hökuməti üçün bir kabusa çevrilibdir.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.