Yəmənli qüvvələrin raket hücumunda 30 nəfər ölüb və ya yaralanıb
-
Yəmənli qüvvələrin raket hücumunda 30 nəfər ölüb və ya yaralanıb
Yəmənin ordusu və xalq komitələrinin raket bölməsinin Həccə əyalətində səud hərbçilərin mövqelərinə qarşı hücumunda 30 təcavüzkar ölüb və yaralanıb.
Yəmənin ordusu və xalq komitələrinin raket bölməsi çərşənbə günü səud hərbçilərin Yəmənin Həccə əyalətinin Hirz bölgəsinin qərbindəki mövqelərni "Zəlzal-1" və "Katyuşa" raketləri ilə hədəfə alıb. Bu zaman otzudan çox təcavüzkar ölüb və yaralanıbdır.
Yəmənlilərin ərəbistanın hərbi mərkəzləri və hava limanlarına qarşı dəqiq raket və pilotsuz hücumları ərriyad hökuməti üçün bir kabusa çevrilibdir.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.