Fələstinli qruplar Netanyahunun qərb sahilinə səfərinə reaksiya veriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348020-fələstinli_qruplar_netanyahunun_qərb_sahilinə_səfərinə_reaksiya_veriblər
Fələstinlilər sionist rejimin baş naziri Benyamin Netanyahunun işğal olunmuş qərb sahilinə səfərini pisləyib və onu rasistcəsinə və sağçı Likud partiyası üçün daha artıq səs əldə etmək istiqamətində bir hərəkət adlandırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2019 14:30 Asia/Baku
  • Fələstinli qruplar Netanyahunun qərb sahilinə səfərinə reaksiya veriblər
    Fələstinli qruplar Netanyahunun qərb sahilinə səfərinə reaksiya veriblər

Fələstinlilər sionist rejimin baş naziri Benyamin Netanyahunun işğal olunmuş qərb sahilinə səfərini pisləyib və onu rasistcəsinə və sağçı Likud partiyası üçün daha artıq səs əldə etmək istiqamətində bir hərəkət adlandırıblar.

Sionist rejimin baş naziri Benyamin Netanyahu bir qrup naziri və bu rejimin başçısı Ruvin Riolin ilə yanaşı Əlxəlil şəhərində yerləşən İbrahim hərəmində olaraq, bu müqəddəs hərəmə hörmətsizlik edib.

İşğalçı ordu Netanyahunun və onu müşayiət edən heyətin iştirakı zamanı bütün istiqamətləri bağlayaraq, Əlxəlil şəhərini xəfiyyə şəhərinə çevirmişdi. Çoxlu sayda korrupsiya işi ilə üzləşən Netanyahu bu rejim parlamentinin sentyabrın 17-də keçiriləcək seçkilərində ekstremist qəsəbə sakinlərinin səslərini əldə etməyə çalışır.

Fələstinli Əhməd Ömər deyib: Sionist işğalçıların Əlxəlil şəhərindəki bu müstəbid hərəkət və tədbirləri Netanyahunun təhlükəsizliyini təmin etmək üçündür. Mən 65 ildir ki, bu şəhərdə yaşayıram. Əlxəlil şəhəri bir ərəb və islami şəhərdir.

Netanyahu Əlxəlildəki çıxışında söz verdi ki; qəsəbələri 1948-ci ildə işğal olunmuş ərazilərə qatacaq və Əlxəlil şəhərini bir yəhudi şəhəri kimi qoruyacaq. Netanyahu bir daha İranın nüvə proqramları barədəki iddialarını təkrar etdi. Netanyahunun Əlxəlil şəhərinə səfəri və İbrahim hərəminə hörmətsizlik etməsi geniş xalq etiraz və aksiyaları ilə üzləşdi. Bu aksiyada bir qrup gənc həbs edildi.

İstefada olan hərbçi Yusif Şərqavi bu qənaətdədir: Netanyahu Fələstin xalqını təhrik etmək istəyir.

Fələstinli qadın deyib: Netanyahu Əlxəlilə gəlib, amma Əlxəlil şəhərinə gəlməsi haramdır.

Netanyahu Əlxəlil şəhərinə səfərində səsləri əldə etməyə və Məsciduləqsada olaraq, bu məscidə hörmətsizlik etmiş Şaronu təqlid etməyə çalışdı.