Ərəbistan Məscidulhəram məscidində qaldırıcı kranın süqutu hadisəsində ittiham olunanların hamısına bəraət qazandırıb
-
Ərəbistan Məscidulhəram məscidində qaldırıcı kranın süqutu hadisəsində ittiham olunanların hamısına bəraət qazandırıb
Bir ərəbistan məhkəməsi yüzlərlə nəfərin ölməsi və yaralanması ilə nəticələnən qaldırıcı kranın Allah Evi zəvvarlarının başları üzərinə düşməsi hadisəsində səhlənkarlıq etmək ittihamı ilə bağlı "Ben Ladən" şirkətinə bəraət qazandırıbdır.
Məkkə şəhərindəki bir cinayət məhkəməsi 2015-ci ildə Məscidulhəram məscidində qaldırıcı kranın süqut etməsi hadisəsi ilə bağlı məhkəmə işinə xitam verilməsi barədə rəy verib.
Bu məhkəmə bildiribdir ki, kranın süqut etməsi hadisəsi üzrə müttəhimlərin səhlənkarlıqları təmin edilməyib və ərəbistanın baş prokurorluğundan istəyibdir ki, Ben Ladən şirkətini hadisədə bədən xəsarəti alanlara və həlak olanların ailələrinə diyə ödəməyə məcbur etmək fikrindən vaz keçsin.
2015-ci ilin on bir sentyabrında qaldırıcı kranın süqut etməsi hadisəsində Beytullahulhərm zəvvarlıarından 107 nəfər öldü, 238 nəfər də yaralandı.
Qeyd edək ki, 2015-ci ilin qurban bayramında ali-səud başçılarının tədbirsizlikləri ucbatından Mina çölündə həcc qaydalarını yerinə yetirərkən minlərlə zəvvar həyatını itirdi.