Beynulhərəmeyn məhərrəmin səkkizinci gecəsində
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348194-beynulhərəmeyn_məhərrəmin_səkkizinci_gecəsində
Bu günlər müqəddəs Kərbəla özlərini İraqın müxtəlif güşələrindən və digər ölkələrdən Beynulhərəmeynə çatdırmış vurğunlarla doludur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2019 11:11 Asia/Baku
  • Beynulhərəmeyn məhərrəmin səkkizinci gecəsində
    Beynulhərəmeyn məhərrəmin səkkizinci gecəsində

Bu günlər müqəddəs Kərbəla özlərini İraqın müxtəlif güşələrindən və digər ölkələrdən Beynulhərəmeynə çatdırmış vurğunlarla doludur.

Bu gün vilayət əsaslı gənclərin hamısı Beynulhərəmeynə toplaşıbdır ki, Kərbəla şəhidləri ilə beyətini təzələmiş olsun.

Kərbəla şəhərinin əhalisi simvolik bir hərəkətdə məhərrəm ayının səkkizinci gecəsini Əli Əkbər və Qasim ibn Əl-Həsənin xatirəsinə ağ paltar geyinib.

Bu mənada ki, Həzrət Qasim Aşura gecəsində və öz mövlası, Hüseyn(ə)-ın hüzurunda ölümü baldan şirin adlandırdı və sonda Aşuranın günorta çağında öz arzusuna çatdı.

Müsahibə: Biz buraya gəlmişik Həzrət Əli Əkbərə və Həzrət Qasimə eqteda edək və onlardan fədakarlığı öyrənək.

Müsahibə: İmam Hüseyn(ə)-ın köməkçilərinin vəfadarlıqları əbədiyyətədək dünya xalqlarının dillər əzbəri olacaq və biz o böyük imamın ardıcılı olmağımız və onun yolunu davam etdirməyimizlə fəxr edirik.

Kərbəlada bu günlər əhali canfəşanlıqdadır və əzadarlıq heyətləri bir-birilərinin ardınca öncə Həzrət Abbas(ə)-ın hərəminə daxil olurlar.

Və sonra yaşla dolu gözlər və arxayın ürəklərlə Seyyiduşşuhədanın səhninə daxil olurlar ki, bu ilahi məkanda İmam Hüseyn(ə)-la bu cür günlərdə beyətlərini təzələmiş olsunlar.