Kabilin və Əfqanıstanın 11 vilayətinin elektrik enerjisi kəsilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348574-kabilin_və_Əfqanıstanın_11_vilayətinin_elektrik_enerjisi_kəsilib
Əfqanıstanın paytaxtı Kabilin və bu ölkənin 11 vilayətinin import elektrik enerjisi bu ölkənin şimalındakı döyüşlərlə əlaqədar kəsilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2019 13:44 Asia/Baku
  • Kabilin və Əfqanıstanın 11 vilayətinin elektrik enerjisi kəsilib
    Kabilin və Əfqanıstanın 11 vilayətinin elektrik enerjisi kəsilib

Əfqanıstanın paytaxtı Kabilin və bu ölkənin 11 vilayətinin import elektrik enerjisi bu ölkənin şimalındakı döyüşlərlə əlaqədar kəsilib.

Əfqanıstan Elektrik İdarəsi bazar günü verdiyi açıqlamada bu ölkənin şimalında Tacikistan və Özbəkistandan idxal edilən elektrik enerjisi kabellərinin kəsilməsi ilə Kabilin və Əfqanıstanın 11 vilayətinin sakinlərinin elektrikdən məhrum olduqlarını və gecələri qaranlıqda keçirmək məcburiyyətində qaldıqlarını bildirib.

Əfqanıstan Elektrik İdarəsinin açıqlamasında deyilir ki, təhlükəsizlik vəziyyəti yaxşılaşdıqca, enerji təchizatı üçün bu bölgələrə texniki qruplar göndəriləcəkdir.

Əfqan xalqının ehtiyac duyduğu elektrik enerjisi əsasən Tacikistan, Özbəkistan, İran və Türkmənistandan gətirilən elektrik enerjisi ilə təmin edilir.