Suriya xalqı anti-Amerika aksiyası keçirib
Sen 17, 2019 14:14 Asia/Baku
Suriyanın Hələb vilayətinin sakinləri bu vilayətin bir neçə şəhərində aksiya keçiriblər. Onlar ABŞ qüvvələrinin bu ölkədən çıxmalarını istəyiblər.
Aksiya iştirakçıları Vaşinqtona qarşı şüarlar veriblər. Onlar ABŞ qüvvələrinin Suriyadakı iştiraklarının davam etməsini bu ölkənin suverenliyinin pozulması adlandırıblar.
Əllərində plakatlar tutmuş aksiyaçılar həmçinin Türkiyə qüvvələrinin Suriya ərazisində iştirakına qarşı çıxıblar.
ABŞ və müttəfiqləri terror qrupları ilə mübarizə bəhanəsi ilə və Suriya hökumətinin icazəsi olmadan bu ölkədə hərbi iştiraka malikdirlər. Onlar indiyədək Suriya və İraqda yerləşən terrorçulara milyardlarla dollar dəyərində silah veriblər.