Taliban bugünkü Kabil və Pərvan partlayışlarının məsuliyyətini üzərinə götürüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348717-taliban_bugünkü_kabil_və_pərvan_partlayışlarının_məsuliyyətini_üzərinə_götürüb
Taliban qrupu bu gün Əfqanıstanın Kabil şəhəri və Pərvan vilayətindəki terror partlayışlarının məsuliyyətini üzərinə götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2019 16:05 Asia/Baku
  • Taliban bugünkü Kabil və Pərvan partlayışlarının məsuliyyətini üzərinə götürüb
    Taliban bugünkü Kabil və Pərvan partlayışlarının məsuliyyətini üzərinə götürüb

Taliban qrupu bu gün Əfqanıstanın Kabil şəhəri və Pərvan vilayətindəki terror partlayışlarının məsuliyyətini üzərinə götürüb.

Bu gün axşam Kabildə ABŞ səfirliyinin yaxınlığında və Əfqanıstan müdafiə nazirliyinin binalarından birinin qarşısında bomba partlayıb. Bu zaman nazirliyin işçiləri binanı tərk etməkdə imişlər.

Taliban qrupu bu partlayışın məsuliyyətini üzərinə götürüb.

Müşahidəçilərin sözlərinə görə, Kabil partlayışında 16 nəfər ölüb, 45 nəfər də yaralanıdır. Bu haqda daha dəqiq məlumat yoxdur.

Taliban qrupu həmçinin Pərvan vilayətinin Çarikar şəhərindəki bomba partlayışının məsuliyyətini qəbul edib.

Bu bomba Əfqanıstan prezidenti Mohəmməd Əşrəf Qəninin seçki çıxışının keçirildiyi məkanın yaxınlığında partlayıb, lakin ona zərər dəyməyibdir.

Bu partlayışda 26 nəfər ölüb, 42 nəfər də yaralanıbdır. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.