Jurnalistlərin Aramko-nun neft təsisatlarında dağıntıların genişliyi barədəki müşahidələri
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349031-jurnalistlərin_aramko_nun_neft_təsisatlarında_dağıntıların_genişliyi_barədəki_müşahidələri
Ərəbistanın şərqində yerləşən Xəris neft təsisatları ötən şənbə yəmənli pilotsuzlar tərəfindən atılan raketlərlə hədəfə alındı. Bu məkanda olmuş jurnalistlərin müşahidələri Aramko şirkətinin neft obyektləri və neftayırma zavodunda baş vermiş dağınların miqyasından söz açır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2019 12:40 Asia/Baku
  • Jurnalistlərin Aramko-nun neft təsisatlarında dağıntıların genişliyi barədəki müşahidələri
    Jurnalistlərin Aramko-nun neft təsisatlarında dağıntıların genişliyi barədəki müşahidələri

Ərəbistanın şərqində yerləşən Xəris neft təsisatları ötən şənbə yəmənli pilotsuzlar tərəfindən atılan raketlərlə hədəfə alındı. Bu məkanda olmuş jurnalistlərin müşahidələri Aramko şirkətinin neft obyektləri və neftayırma zavodunda baş vermiş dağınların miqyasından söz açır.

“Əl-Quds əl-Ərəbi” saytı bugünkü sayında bununla bağlı yazıb: Aramko-nun işçiləri dünən jurnalistlərə izah etdilər ki, Xəris neftayırma zavodundakı yanğın beş saat sürüb.

Texniki-mühəndislik ekspertləri jurnalistlərin müşahidələri zamanı neftdən hidrogen sulfide və maye qazın ayrılması üçün işlədilən bu iki metal qülləyə dəymiş xəsarətləri dəyərləndirməkdə idilər.

Bununla bağlı, Aramko şirkətinin məsul şəxslərindən olan Fəhd Əbdulkərim deyib: Ərəbistanın neft hasilatının əlli faiz azalmasına və dünya bazarlarında xam neftin qiymətinin qalxmasına səbəb olmuş Aramko-ya qarşı PUA hücumu zamanı bu obyektlərdə 200-300 nəfər işlə məşğul imiş.

Fəhd əlavə edib: Dörd hücum və partlayış baş verdi və nəticədə Aramko-nun təsisatlarının müxtəlif nöqtələrində yanğın baş verdi. Bu hücumda hərçənd yaralanan və həyatını itirən olmadı, ancaq ağır maliyyə xəsarətləri törətdi. Aramko neft obyektlərinin fəaliyyəti və hasilatının, həmçinin emalatxananın bərpası üçün bir fövqəladə bir komanda göndərildi.

Səud başçıları iddia ediblər ki, bu hücumda azı on səkkiz PUA və yeddi “Kruz” raketi iştirak edib. Aramko baş vermiş zərər və ziyanların genişliyinə rəğmən, hələ də cari milad ayının sonunadək neft hasilatının tam şəkildə bərpa ediləcəyinə ümidvardır.

Yəmənin xalq qüvvələri hərbi pilotsuzlarla silahlandıqdan sonra özlərinin önləyicilik siyasətlərinin ikinci mərhələsinə başladılar və bu zaman cari ilin may ayının ortalarında Qırmızı dəniz sahilində Yəmənin bir neçə yüz metrliyində yerləşən ərəbistanın cənub-qərbindəki Yənbə şəhərinin neft təsisatları və avqustun 17-də on ədəd PUA ilə ərəbistanın milli neft şirkəti Aramko-nun əl-Şəybə neft yatağı və neftayırma zavodunu və nəhayət on digər pilotsuz ilə Aramko-nun ərəbistanın əl-Şərqiyyə əyalətində yerləşən neftayırma zavodları, həmçinin Xəris və Bəqiq neft yataqlarını hədəfə aldılar.