Təcavüzkarlar gərginliyin artırılmasının cavabını alacaqlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349091-təcavüzkarlar_gərginliyin_artırılmasının_cavabını_alacaqlar
Yəmən Ali İnqilab Komitəsinin sədri təcavüzkar ölkələrə xəbərdarlıq edibdir ki, gərginliyin artırılmasının cavabını alacaqlar.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 21, 2019 16:21 Asia/Baku
  • Təcavüzkarlar gərginliyin artırılmasının cavabını alacaqlar
    Təcavüzkarlar gərginliyin artırılmasının cavabını alacaqlar

Yəmən Ali İnqilab Komitəsinin sədri təcavüzkar ölkələrə xəbərdarlıq edibdir ki, gərginliyin artırılmasının cavabını alacaqlar.

Muhəmməd Əli əl-Husi 21 sentyabr Yəmən inqilabının beşinci ildönümü günü münasibətilə Sənada keçirilən azadlıq və istiqlal yürüşündə bu ölkə xalqının milyonluq toplantısında vurğulayıb: Bizim xalqımız zalım və quldur güclər qarşısında təslim olmağı rədd edir. Biz haqq və ədalətə çatmaq üçün inqilab etdik və inqilabçı olaraq qalacağıq. O, əlavə edib: Hamı bilsin ki, Yəmənin inqilabçı xalqı heç vaxt təslim olmayacaq və zilləti qəbul etməyəcək.

Muhəmməd Əli əl-Husi deyib: Yəmən inqilabının rəhbəri  təcavüzkar ölkələrə xəbərdarlıq etdi və bu ölkələr bilsinlər ki, gərginliyin şiddətləndirilməsinə gərginliyi şiddətləndirməklə cavab verəcəyik.