Əşrəf Qəninin seçki qərargahı qarşısında bomba partlayıb
Sen 25, 2019 05:38 Asia/Baku
-
Əşrəf Qəninin seçki qərargahı qarşısında bomba partlayıb
Əfqanıstanın Qəndəhar vilayəti polisinin sözçüsü dünən gecə bu ölkənin hazırkı prezidenti Mohəmməd Əşrəf Qəninin seçki qərargahı qarşısında bomba partlayışından xəbər verib.
Camal Nasir Barkezi bildirib ki, bu partlayışda iki uşaq ölüb, yeddi nəfər də yaralanıbdır.
Hələ heç bir şəxs və ya qrup bu terror partlayışının məsuliyyətini üzərinə götürməyibdir.
Əfqanıstanın müxtəlif məntəqələri, o cümlədən Qəndəhar son aylar terror hücumları və partlayışlarının artmasının şahidi olublar.
Əfqanıstanda əmin-amansızlıqların artması bu ölkə xalqının etirazının artmasına səbəb olubdur.
Taliban və İŞİD terror qrupu indiyədək Əfqanıstanın müxtəlif məntəqələrindəki əksər hücum və partlayışların məsuliyyətini öz üzərlərinə götürüblər.