Əfqanıstanda bomba partlayışında ölənlərin sayı artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349281-Əfqanıstanda_bomba_partlayışında_ölənlərin_sayı_artıb
Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərində bu ölkənin hazırkı prezidentinin seçki qərargahı qarşısında baş verən terror partlayışında ölənlərin sayı dörd nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 25, 2019 12:55 Asia/Baku
  • Əfqanıstanda bomba partlayışında ölənlərin sayı artıb
    Əfqanıstanda bomba partlayışında ölənlərin sayı artıb

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərində bu ölkənin hazırkı prezidentinin seçki qərargahı qarşısında baş verən terror partlayışında ölənlərin sayı dörd nəfərə çatıb.

Əfqanıstanın Qəndəhar vilayətində yerləşən "Hivad" yerli radiosunun müdiri Sədiqullah Xaliq bu barədə deyib: Çərşənbə axşamı günü gecə Əfqanıstanın hazırkı prezidenti Mohəmməd Əşrəf Qəninin seçki qərargahı qarşısında bir bomba partladı. Nəticədə bu radionun xəbər diktoru Əbdulhəmid Hotəki üç mülki ilə yanaşı həlak oldu.

Əfqanıstan prezident seçkiləri sentyabrın 28-də keçirilməlidir.

2001-ci ildən, yəni Amerikanın Əfqanıstana qoşun yeritməsindən bəri jurnalistlərin tələfatının sayı 120 nəfərdən çox olubdur.