Səudiyyə vəliəhdi Camal Qaşıqçını öldürdüyünü etiraf edib
-
Səudiyyə vəliəhdi Camal Qaşıqçını öldürdüyünü etiraf edib
Səudiyyə ərəbistanının vəliəhdi ilk dəfə olaraq, səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının Ərriyad-ın Türkiyənin İstanbul şəhərindəki konsulluğunda qətlə yetirilməsinin onun nəzarəti altında həyata keçirildiyini etiraf edib.
Səudiyyə vəliəhdi Məhəmməd bin Salman PBS amerikan telekanalına verdiyi müsahibədə keçən il səudiyyə agentləri tərəfindən Camal Qaşıqçıya qarşı sui-qəsdin məsuliyyətini öz üzərinə götürüb.
PBS telekanalı tərəfindən hazırlanan "Səudiyyə Ərəbistanının vəliəhdi" sənədli filmi Camal Qaşıqçının qətlinin birinci ildönümündən əvvəl- oktyabrın 1-də Məhəmməd bin Salmanın bu ifadələri ilə yanaşı yayımlanacaq.
Bu arada, BMT-nin xüsusi məruzəçisi Agnes Kallamard bu yaxınlarda Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmilərinin, o cümlədən bu ölkənin vəliəhdi Məhəmməd bin Salmanın Camal Qaşıqçıya qarşı sui-qəsddə iştirak etmələrinə dair mötəbər sənəd və faktlar əldə etdiyini bildirmişdi.
Səudiyyəli jurnalist-tənqidçi Camal Qaşıqçı keçən ilin oktyabrında səudiyyənin Türkiyənin İstanbuldakı konsulluğuna girdikdən sonra itkin düşdü. Səud rejimi öncə sükuta dalaraq, bu macəranı təkzib etdi, lakin beynəlxalq ictimaiyyətin təzyiqləri altında nəhayət Qaşıqçının bu ölkənin konsulluğunda öldürüldüyünü bildirdi.