Ərəbistanda zorakılığın artması nəticəsində səudiyyə vətədaşlarının mühacirəti çoxalıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349411-Ərəbistanda_zorakılığın_artması_nəticəsində_səudiyyə_vətədaşlarının_mühacirəti_çoxalıb
Səud hökumətinin zorakı siyasətləri səudiyyə vətədaşlarının mühacirətinin artmasına səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2019 15:46 Asia/Baku
  • Ərəbistanda zorakılığın artması nəticəsində səudiyyə vətədaşlarının mühacirəti çoxalıb
    Ərəbistanda zorakılığın artması nəticəsində səudiyyə vətədaşlarının mühacirəti çoxalıb

Səud hökumətinin zorakı siyasətləri səudiyyə vətədaşlarının mühacirətinin artmasına səbəb olub.

Səudiyyə rejimi ilə müxalif siyasi fəallardan olan Həmzə Həsən ərəbistandakı təhsil, məhkəmə, ictimai, təhlükəsizlik, iqtisadi və siyasi durumu acınacaqlı adlandıraraq, yazıb: Səudiyyə kralı Salman bin Əbduləziz və oğlu ərəbistan vəliəhdi Muhəmməd bin Salman xalqa divan tutmağı son dərəcə artırıblar.

Həmzə Həsən əlavə edib: Təhlükəsizlik repressiyaları, iqtisadi məhrumiyyətlər, siyasi böhran, savaşlar, şəxslərin təhlükəsizliyi üçün minimum sərhədlərin yoxluğu və söz azadlığının olmaması səbəb olubdur ki, səud vətəndaşlarının bu ölkədən mühacirət etmələri artmış olsun.

Kral Salman və oğlu Muhəmmədin hakimiyyətə çatdıqları 2015-ci ildən bəri ərəbistanda repressiya və zorakılıq/ duyulan artım prosesinə malik olub və bəzi şahzadələr də ərəbistandan xaricə mühacirət ediblər.