İmran xan sionist rejimin rəsmən tanınmamasına təkid edib
-
İmran xan sionist rejimin rəsmən tanınmamasına təkid edib
Pakistanın baş naziri vurğulayıb ki, İslamabad heç vaxt sionist rejimi rəsmən tanımayacaqdır.
İmran xan bu gün deyib ki, İslamabadın qəsbkar sionist rejim qarşısındakı mövqeyi dəyişməyib. O, bəzi Qərb medialarının Pakistanın sionist rejimlə diplomatik münasibətlər yaratmaq ehtimalına dair şayiələrini əsassız adlandırıb.
Pakistanın baş naziri sionist rejimin işğalçılığına toxunaraq, əlavə edib: Qüdsi-Şərif paytaxt olmaqla müstəqil Fələstin dövlətinin təşkili Fələstin məsələsinin həlli üçün mövcud olan yeganə həll yoludur.
Pakistan sionist rejimlə heç bir diplomatik münasibətlərə malik olmayıbdır.
Son zamanlar bəzi Qərb medilaları Pakistanla sionist rejim arasında rəsmi münasibətlərin qurulacağı ehtimalı şayiəsini yaymışdılar, lakin İslamabad vurğulayıb ki, bu rejimi rəsmən tanımağa əsla hazır deyildir.