Suriyanın kimyəvi silah işlətməsi böyük bir yalandır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349475-suriyanın_kimyəvi_silah_işlətməsi_böyük_bir_yalandır
Suriyanın xarici işlər naziri ABŞ dövlət katibi Mayk Pompeonun Suriya ordusunun kimyəvi silahdan istifadə etməsinə dair iddiasını təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2019 05:12 Asia/Baku
  • Suriyanın kimyəvi silah işlətməsi böyük bir yalandır
    Suriyanın kimyəvi silah işlətməsi böyük bir yalandır

Suriyanın xarici işlər naziri ABŞ dövlət katibi Mayk Pompeonun Suriya ordusunun kimyəvi silahdan istifadə etməsinə dair iddiasını təkzib edib.

Vəlid əl-Muəllim deyib: Pompeonun Suriyanın şimalında yerləşən İdlib vilayətində kimyəvi silahın işlədilməsinə dair iddiası böyük bir yalandır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin də Pompeonun bu əsassız ittihamından təəssüflənib.

Amerikanın dövlət katibi cümə axşamı günü Nyu-Yorkda keçirdiyi bir mətbuat konfransında iddia edib ki, Suriya hökuməti mayın 19-da İdlib vilayətində xlor qazından istifadə edibdir.

Dəməşq tərəfindən kimyəvi silahın işlədilməsinə dair saxta xəbərlər daim Amerikanın və müttəfiqlərinin Suriya ərazisinə hərbi hücum və müdaxilələri, həmçinin bu ölkənin hərbi və iqtisadi infrastrukturlarını bombardman etmələri üçün bir bəhanəyə çevrilibdir.

Bu saxta xəbər son aylarda, xüsusən Suriya ordusunun İdlib vilayətində terrorçulara qarşı uğurlu əməliyyatından sonra geniş miqyas alıbdır. İdlib vilayəti terrorçuların Suriyadakı sonuncu bazasıdır.

Amerika və müttəfiqləri Suriyada kimyəvi silahın istifadə olunması bəhanəsi ilə bundan öncə iki dəfə bu ölkədəki hədəflərə hücum ediblər.

Amerika və müttəfiqləri Suriyadakı terrorçuların məğlubiyyətlərinə görə, son dərəcə nigarandırlar.