"Qayıdış haqqı" yürüşünün 76-cı cüməsində 1 şəhid, 52 yaralı
Sen 28, 2019 05:13 Asia/Baku
-
"Qayıdış haqqı" yürüşünün 76-cı cüməsində 1 şəhid, 52 yaralı
Fələstin Səhiyyə Nazirliyi dünən gecə Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 76-cı cüməsində bir fələstinlinin şəhid olması, 52 nəfərin isə yaralanmasından xəbər verib.
"Qayıdış haqqı" yürüşü cümə günü "əl-Əqsa intifazəsi və əsirlər" adı altında keçirilib.
Sionist rejim hərbçiləri fələstinli aksiyaçılara divan tutarkən onlara qarşı hərbi güllədən əlavə, gözyaşardıcı və zəhərli qazlardan istifadə ediblər.
Dinc mahiyyətli Qayıdış haqqı yürüşü "Yer günü" münasibətilə 2018-ci il martın 30-da Qəzzə zolağında başlayaraq, indi də keçirilməkdədir.
O zamandan bəri bu aksiyalarda 330-dan çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və azı 31 min fələstinli də yaralanıbdır.