Vəlid əl-Muəllim: ABŞ və Türkiyə hərbçiləri Suriyadan çıxmalıdırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349523-vəlid_əl_muəllim_abŞ_və_türkiyə_hərbçiləri_suriyadan_çıxmalıdırlar
Suriyanın xarici işlər naziri vurğulayıb ki, amerikalı və türkiyəli hərbçilərin Suriya ərazisində iştirakı qanunsuzdur. O, bu qüvvələrin ölkəsindən tez bir zamanda çıxmalarını istəyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2019 04:40 Asia/Baku
  • Vəlid əl-Muəllim: ABŞ və Türkiyə hərbçiləri Suriyadan çıxmalıdırlar

Suriyanın xarici işlər naziri vurğulayıb ki, amerikalı və türkiyəli hərbçilərin Suriya ərazisində iştirakı qanunsuzdur. O, bu qüvvələrin ölkəsindən tez bir zamanda çıxmalarını istəyir.

Vəlid əl-Muəllim BMT-nin Baş Məclisində deyib ki, Dəməşq Amerika və Türkiyənin Suriyadakı hərəkətlərini işğal hesab edir.

Suriyanın xarici işlər naziri bu ölkənin xalqı və ordusunun terrorçularla mübarizəsinə də işarə edib. Deyib ki, tarix Suriya xalqının terrorizmlə mübarizəsini qeydə alacaqdır.

Vəlid əl-Muəllim bildirib ki, dünyanın yüzdən çox ölkəsindən olan on minlərlə terrorçu xarici himayələrlə Suriyaya göndərilib. O, əlavə edib: Suriya dünyanın tərəfindən İŞİD və Cibhətunnusrə terror qrupları ilə mübarizə aparır.

Suriyanın xarici işlər naziri Amerikanın onun ölkəsinə və İrana qarşı sanksiyalarına toxunub. Deyib ki, sanksiyalar ABŞ-ın müstəqil ölkələr qarşısındakı yeganə silahıdır.

Vəlid əl-Muəllim Amerikanın düşmənçilik hərəkətləri qarşısında Suriyanın İrana dəstək verdiyini vurğulayıb, Amerikanın bölgədəki gərginlik yaradan hərəkətləri barədə xəbərdarlıq edib.