Pentaqon hərbçiləri Qətərdəki bir bazanı tərk ediblər
Amerika ordusu qəfil bir hərəkətdə on üç ildən sonra Qətərdəki əl-Ədid bazasını tərk edib.
Amerikanın "Start və Strip" xəbər portalı dünən belə qeyd edib: Amerika komandanlıq mərkəzi qəfil bir hərəkətdə on üç ildən sonra öz hava qüvvələri komandanlığını Qətərdəki əl-Ədid bazasından çıxararaq, Amerikanın şərqindəki Karolina məntəqəsnə köçürdü.
Qətərdəki əl-Ədid bazası binasının boşaldılmasından sonra Amerika hava qüvvələrinin komandanlıq mərkəzi hazırda Qərbi Asiya və Şimali Afrikadakı öz hava donanmasını yeddi min mil uzaqda yerləşən Karolinadan idarə edir.
ABŞ ordusunun hava-kosmos əməliyyat mərkəzinin komandanı Fridrik Kolman bu barədə iddia edib ki, İran bir neçə dəfə müxtəlif mənbələr vasitəsilə bu bazaya hücum etmək niyyətində olubdur.
Fridrik Kolman eyni zamanda Amerikanın Fars Körfəzi bölgəsindəki hərbi rəftarının dəyişməsindən söz açaraq, əlavə edib: Bir halda ki, İŞİD-ə qarşı müharibə başa çatıb və Əfqanıstanda sülh prosesi təkmilləşməkdədir, demək lazımdır ki, bu bölgə sabit asayişdədir.
Pentaqon rəsmisinin bu sözləri elə bir halda söylənibdir ki, hazırda ABŞ ordusunun 300-dən çox qırıcısı Suriya, Əfqanıstan və Fars Körfəzi kimi bölgələrdə iştirak edir.