Ardıcıl qətllər, vəliəhdin kral olmasının qiyməti
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349818-ardıcıl_qətllər_vəliəhdin_kral_olmasının_qiyməti
Almaniyada yaşayan müxalif səud şahzadəsinin sözlərindən belə çıxır ki, səud vəliəhdi atasının cangüdənlərindən birinin 2015-ci ildə qətlə yetirilməsindən sonra digər bir cangüdənin qətlə yetirilməsi planını qurmaqla başında ayrı fikirlər daşıyır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2019 19:01 Asia/Baku
  • Ardıcıl qətllər, vəliəhdin kral olmasının qiyməti
    Ardıcıl qətllər, vəliəhdin kral olmasının qiyməti

Almaniyada yaşayan müxalif səud şahzadəsinin sözlərindən belə çıxır ki, səud vəliəhdi atasının cangüdənlərindən birinin 2015-ci ildə qətlə yetirilməsindən sonra digər bir cangüdənin qətlə yetirilməsi planını qurmaqla başında ayrı fikirlər daşıyır.

Hələ tənqidçi bir jurnalistin qətli işinin açıq qaldığı bir halda, növbə monarxiya qvardiyasına çatıbdır. Öldürülən Əbdüləziz əl-Fəqmin şahın cangüdəni, ya tənqidçisi olması, yaxud da vəliəhdin istəklərinə maneə törətməsi bəlli deyil. Ancaq Almaniyada yaşayan müxalif səud şahzadəsinin sözlərindən belə çıxır ki, səud vəliəhdi atasının cangüdənlərindən birinin 2015-ci ildə qətlə yetirilməsindən sonra digər bir cangüdənin qətlə yetirilməsi planını qurmaqla başında ayrı fikirlər daşıyır. Xalid bin Fərhan əl-Səud belə bir tweet yazıb: Tezliklə cinayətkar Bin Salmanın özünü kral kimi təqdim etməsini görəcəyik. Vəliəhd kral olmaq istəyir, lakin onun imici əbədi olaraq pozulub. Bunu BMT tədqiqatçısı deyir.

m.q- Qaşıqçının qatillərinin məhkəməsi beynəlxalq standartlara cavab verməyən səudiyyə ərəbistanı məhkəməsində mümkün deyil. Onlar beynəlxalq məhkəmələrdə mühakimə olunmalıdırlar. Məruzəmdə səud vəliəhdinin Qaşıqçının öldürülməsi ilə əlaqəsinin olması qənaətinə gəlmişdim. Bu qətl Bin Salmanın imicini əbədi olaraq pozdu.

Camal Qaşıqçının faciəli qətlinin ildönümünün yaxınlaşması ilə böyük bir rüsvayçlığın köz altındakı odu alovlanacaq. Türkiyənin mediaları və rəsmiləri bu tezliyə qatillərdən əl çəkmək istəmirlər.

m.k- Məhkəmədə şəffaflığın olmaması və Qaşıqçının qətlində şübhəli bilinən bəzi şəxslərin azad edilmələri iddiası beynəlxalq ictimaiyyətin gözləntilərinə cavab verməməkdən əlavə, səudiyyə ərəbistanının imicinə xələl gətirir. Qaşıqçının sui-qəsdi təkcə bir fəlakət deyildi, həm də diplomatik toxunulmazlıqdan açıq şəkildə sui-istifadə idi.

Hələ məlum deyildir ki, vəliəhd özünü kral elan edənədək kimlər öz canları ilə onun əvəzini verməlidirlər. Vəliəhdin söykənməsindən öncə beynəlxalq rüsvayçılıqlar üzündən dayaqları yetərincə süst olmuş krallıq taxtı.