"Qayıdış haqqı" yürüşünün 77-ci cüməsində bir şəhid, qırx yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349934-qayıdış_haqqı_yürüşünün_77_ci_cüməsində_bir_şəhid_qırx_yaralı
Sionist hərbçilərin fələstinlilərin yetmiş yeddinci cümə olaraq Qəzzə zolağında keçirdikləri "Qayıdış hüququ" yürüşünün iştirakçılarına qarşı hücumunda ən azı bir fələstinli şəhid olub, 40 nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2019 05:25 Asia/Baku
  • "Qayıdış haqqı" yürüşünün 77-ci cüməsində bir şəhid, qırx yaralı

Sionist hərbçilərin fələstinlilərin yetmiş yeddinci cümə olaraq Qəzzə zolağında keçirdikləri "Qayıdış hüququ" yürüşünün iştirakçılarına qarşı hücumunda ən azı bir fələstinli şəhid olub, 40 nəfər də yaralanıbdır.

Qəzzə zolağında "Qayıdış haqqı" yürüşünün 77-ci cüməsi "Milli barışıq- xalqımızın seçimidir" adı altında keçirilib.

Dinc mahiyyətli Qayıdış haqqı yürüşü "Yer günü" münasibətilə 2018-ci il martın 30-da Qəzzə zolağında başlayaraq, indi də keçirilməkdədir. 

2018-ci il martın 30-dan bu günədək bu aksiyalarda 330-dan çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və azı 31 min fələstinli də yaralanıbdır.

Fələstinlilərin "yer günü"nün ildönümündə hər il keçirilən yürüşü sionist rejimin 1976-cı il martın otuzunda fələstinlilərin ərazilərinin müsadirəsi sahəsindəki qərarını xatırladır.

Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, orada sionistsakinli qəsəbələr tikməklə fələstinli məntəqələrin coğrafi quruluşunu dəyişdirmək və bu məntəqələrə sionist görkəm vermək niyyətindədir ki, fələstinli məntəqələr üzərindəki hökmranlığını təsbit etmiş olsun.