24 min köçkün ailəsi ağır şəraitdə yaşayır
Okt 10, 2019 15:33 Asia/Baku
-
24 min köçkün ailəsi ağır şəraitdə yaşayır
«Hazırda təxminən 24 min məcburi köçkün ailəsi Azərbaycan Respublikasında ağır şəraitdə yaşayır».
«Report» xəbər verir ki, bunu, oktyabrın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin məcburi köçkünlər yataqxanalarda, bağçalarda, sanatoriyalarda yaşayırlar.
O vurğulayıb ki, bu ilin sonuna qədər 3700-dən çox mənzil tikilərək, məcburi köçkünlərin istifadəsinə veriləcək.
Oktyabrın 8-də məcburi köçkünlərə salınan «Qobu Park-2» yaşayış kompleksinin açılışı zamanı insident yaşandığı bildirilir.